Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 16:41:00
Direktor namizədlərə müsahibə mərhələsində mütləq veriləcək suallar- Cavablar AzEdu.az-da

Direktorların işə qəbul müsabiqəsinin imtahan mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Növbəti mərhələ Direktorların İşə Qəbul müsabiqəsinin müsahibə mərhələsidir. Müsahibənin keçirilmə tarixi və qaydaları barədə məlumatlar namizədlərə göndəriləcək.

Hazırda isə direktor olmaq istəyənləri müsahibə proqramı, orada verilə biləcək suallar maraqlandırır. Müsahibədə namizədlərə onların dünyagörüşü, idarəetmə və pedaqoji bacarıqları, qanunvericilik biliklərini yoxlayan suallar ünvanlanır.

AzEdu.az namizədlərə kömək məqsədilə müsahibə mərhələsində təqdim olunacaq sualların cavablarını təqdim edir:

Cavabını bütün direktorların bilməsi vacib olan belə suallardan biri də Əmək Qanunvericiliyi ilə bağlıdır:

Sual:

İşdən kənarlaşdırılan işçiyə əmək kitabçası nə vaxt, necə verilməlidir?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Əmək Qanunvericiliyində əksini tapıb. Qanunun 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyətini sübut edən sənəd yalnız əmək kitabçası hesab edilir. Burada onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi, işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün, yəni sonuncu iş günü təhvil verilməlidir.

Əməkdaş başqa bir işə düzəlmək istəyir və əmək kitabçasının keçmiş iş yerinizdə qalması buna maneə törədirsə,  müəssisəyə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları