Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-09 11:07:00
Tələbə adını qazananların diqqətinə! Qəbul olduğunuz universitetlər qeydiyyat üçün bu sənədləri tələb edəcək

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

AzEdu.az xəbər verir ki, tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinə qəbul olduqdan sonra qeydiyyat üçün  aşağıdakı sənədlərin olması vacibdir:

Orta təhsil haqqında sənəd (attestat), subbakalavrlar kollec diplomu;

4 foto (ölçü 3x4sm);

Tibbi arayış (sağlamlıq haqqında);

Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün);

Şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsinin surəti;

Tələbənin FİN kodu və parolu (iş nömrəsi);

Ağ qovluq (Sənədlər üçün).

Qeyd: 18 yaşa çatmamış tələbələrlə müqavilə bağlanması üçün valideynlərindən birinin qeydiyyatda iştirakı mütləqdir.

Qaçqın və ya məcburi köçkünlərin ödənişdən azad olunmaları üçün tələbənin və valideyninin qaçqın və məcburi köçkünlük haqqında sənədinin qeydiyyat vaxtı təqdim olunması mütləqdir. Həmçin qanunda nəzərdə tutulan digər ödənişdən azad olunanlar da ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər.

Qeyd edək ki, bəzi ali təhsil müəssisələri əlavə sənəd tələb edə bilərlər. Bu barədə məlumatı həmin ali təhsil müəssisələrindən əldə edə bilərsiniz.

Günel Yaşarqızı
Müəllifin digər yazıları