Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 17:16:00
Müəllim namizədləri sevindirən müsabiqə, ləğv edilən nəticələr-Təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatdı  

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test mərhələsində 41. 288 nəfər iştirak edib. İmtahan verənlərdən 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Ötən həftədə Təhsil naziri Ceyhun Bayramov müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyib.

Təhsil nazirinə imtahan prosesi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. İmtahanlarda 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.

Bu il keçirilən yaz və yay qəbul imtahanlarında ümumilikdə 44 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv olunub

Yaz qəbul imtahanlarında iştirak edən 23, yay qəbul imtahanlarında iştirak edənlərdən isə 21 nəfərin nəticəsi ləğv edilib.

Təhsil Nazirliyində müəllimlərin işə qəbulu üzrə test imtahanlarının yekunu ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, 8-24 iyul 2019-cu il tarixlərində müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi təşkil olunub. Müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 namizəd imtahanda iştirak üçün dəvət olunub

 Ali məktəblərə ixtisas seçiminə başlanılıb

Geridə buraxdığımız günlərdə ali təhsil müəssisələrin qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminə start verilib.

Abituriyentlər I-V qruplar üzrə ixtisas seçimi edə biləcəklər.

Təhsil naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Ötən həftədə Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Pedaqoji kadrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə keçirəcək

Müəllimlərin peşəkar keyfiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində onların işə qəbulu imtahanları əsas faktora çevriləcək. Bu imtahanların nəticələri əsasında pedaqoji kadr hazırlığı ilə məşğul olan ali məktəblərin nəticələri təhlil ediləcək, zəif cəhətlərin aradan qaldırılması məqsədilə işlər aparılacaq".

Geridə buraxdığımız günlərdə bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir pedaqoji kadr hazırlığında da artıq tədbirlərə başlanıldığını qeyd edib.

“2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır”.

 Təhsil naziri AMEA-nın bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarının bir qrup əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

  Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinin Direktorlar Şurasının ilk iclası keçirilib.

 Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov agentliyin nəzdində məşvərətçi orqan olaraq fəaliyyət göstərəcək şuranın yaradılması məqsədindən danışıb.

Direktor qeyd edib ki, şura peşə təhsil müəssisələrinin fəaliyyəti, qarşılaşdıqları problemlərlə bağlı mütəmadi müzakirələrin keçirilməsi və müvafiq qərarların qəbul olunması məqsədlərinə xidmət edəcək.

Kolleclərə də ixtisas seçimi başlayıb

Ötən həftədə ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərin) ixtisas seçimi başlayıb. Bu proses avqustun 5-i saat 23.59-dək internet vasitəsilə həyata keçiriləcək.

 Yeni dərs ili üçün çap edilən dərsliklərin sayı açıqlanıb

2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Həftənin təhsil informasiyaları

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatdı 

Ötən həftədə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Rezidenturaya ixtisas seçimi başa çatıb

Geridə buraxdığımız günlərdə rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi çatıb.

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu prosesi iyulun 25-də başa çatıb.

 

 

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları