Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 13:00:00
Son imtahanda 2 abituriyent zaldan qovulub  

30 iyunda keçirilən imtahanlardan 2 nəfər qaydaları pozduğuna görə xaric edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər isə qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi iyunun 30-da:

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları;

– orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçirilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları