Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-24 15:49:00
Lənkəran Dövlət Universitetindən açıqlama- “ Tələbələrin halı bürkülü hava üzündən pisləşib”

Lənkəran Dövlət Universitetin mətbuat xidmətindən AzEdu.az-a bildiriblər ki, bu gün Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyat fakültəsinin maliyyə və iqtisadiyyat ixtisasları üzrə qiyabi təhsil alan  bir nəfər II kurs tələbəsi dərs  zamanı özünü pis hiss etdiyindən ona ilkin tibbi yardım göstərilib , sonra isə çağrılan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yola salınıb.

Daha sonra həmin ixtisasın daha 3 tələbəsi özlərini pis hiss etdiklərini söylədikdə sonra onlar da təcili xəstəxanaya göndərilib.

Lazımi tibbi yardım göstərildikdən sonra hər 4 tələbə evə buraxılıb və hazırda universitetin heç bir tələbəsi nə reanimasiya, nə də digər şöbələrdə yoxdur. Hadisəyə bürkülü hava şəraitinin səbəb olduğu bildirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları