Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-23 14:30:00
IV ixtisas qrupu üzrə müsabiqə şərtləri – Minimal ballar

Artıq yay qəbul imtahanlarının keçirilməsinə başlanıb. Bu gün I, IV fənn blokları üzrə qəbul imtahanları keçirilir.

AzEdu.az-da abituriyentlərə kömək məqsədilə Dövlət İmtahan Mərkəzinin saytına istinadən, IV ixtisas qrupu üzrə müsabiqə şərtlərini diqqətə çatdırır: 

Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır; 

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı200-dən və imtahanın ikinci mərhələsi üzrə balı100-dən az olmayan) abituriyentlər buraxılır: 

Baytarlıq

Lənkəran Dövlət Universiteti

 

Ekologiya

Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərbi Kaspi Universiteti

Azərbaycan Dövlət Aqrar Universitetinin "Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər", "Ekologiya", "Əczaçılıq"ixtisasları və Naxçıvan Dövlət Universitetinin "Baytarlıq"ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları