Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-21 16:58:00
Yüksək ballı abituriyentlər ən çox bu universitetləri seçiblər -RƏSMİ

2018-ci ildə 600-dən yuxarı bal toplayan abituriyentlər dövlət ali təhsil müəssisələri arasında ən çox Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.

AzEdu.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. 

600 baldan yuxarı nəticə göstərən abituriyentlər özəl ali təhsil müəssisələri arasında ən çox Xəzər Universitetini (61 nəfər) seçiblər. 600 və ondan yuxarı bal toplayıb qəbul olanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 27.94%-i (861 nəfəri) I qrupun, 17.75%-i (547 nəfəri) II qrupun, 30.79%-i (949 nəfəri) III qrupun, 23.52%-i (725 nəfəri) IV qrupun abituriyentləridir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları