Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-05 17:24:00
Müəllimlər yerdəyişmə müsabiqəsi zamanı bu sənədləri yanlış yükləyiblər-RƏSMİ MƏLUMAT

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak etmək üçün elektron qeydiyyatdan keçmiş namizədlərin ərizələri yoxlanılarkən bəzi sənədlərin düzgün yüklənilmədiyi məlum olub.

 AzEdu.az TİPİİ-nin İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, hərbçi və şəhid ailəsi üzvləri, iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən şəxslər elektron qeydiyyat zamanı zəruri sənədləri ərizələrinə natamam yükləyirlər.

 Nəzərinizə çatdırırıq ki, bu halda həmin şəxslərin müsabiqədə iştirak etmək üçün seçdikləri imtahan nəticəsi müvafiq artım əmsalına vurularaq hesablanmayacaq. 

Qeyd olunan sosial amillərə uyğun olaraq elektron ərizəyə yüklənilməli olan sənədləri bir daha diqqətinizə çatdırırıq:

Əri və ya arvadı hərbçi olduqda:
- nikah haqqında şəhadətnamənin surəti; 
- ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.
Şəhid ailəsi üzvü olduqda:
- şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surəti;
-şəhidlə qohum olduğunu təsdiq edən sənədin və ya doğum haqqında şəhadətnamənin surəti.

İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə:

- həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.
Yuxarıda qeyd olunan şərtləri ödədikdə:
- Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.