Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-03 11:00:00
İxtisas seçimlərində iştirak etmək üçün minimal ballar – Bilmədiyimiz detal

Əgər subbakalavrlar müsabiqə şərti 150 bal müəyyən olunmuş ixtisasları seçərlərsə, onlar həmin ixtisasların müsabiqəsində 200 deyil, 150 balla iştirak edəcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər.

Yəni I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla, V qrup üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək.

Əgər subbakalavrlar müsabiqə şərti 150 bal müəyyən olunmuş ixtisasları seçərlərsə, onlar həmin ixtisasların müsabiqəsində 200 balla deyil, 150 balla iştirak edəcəklər. Subbakalavarlara müvafiq qrup üzrə müsabiqə şərtinə uyğun bal verilir. Həmin ixtisasların müsabiqə şərti 150 bal olduğu üçün subbakalavrlar da həmin ixtisasların müsabiqəsində 150 balla iştirak edəcəklər.

Xatırladaq ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar qəbul imtahanı verən abituriyentlər kimi seçdikləri komissiya üzrə ümumi qaydada qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları