Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 13:00:00
Özəl universitetlərə qəbul planı artırılıb - Faiz nisbəti 

Bu il ali təhsil müəssisələrinə ayrılan plan yerlərinin sayı artırılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, Aparat rəhbərinin müavini Yaqub Piriyev məlumat verib.

Təhsil Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi təlimində "Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı" mövzusunda danışan Yaqub Piriyev bildirib ki, plan yerləri ötən illə müqayisədə 45,599-dan 48.506-a qaldırılıb.

Məlumata əsasən, ötən il məzun olan təxminən, 78 min abituriyentdən 41 mini tələbə adını qazanıb. Bu isə ali təhsil müəssisələrində ayrılan plan yerlərinin müvafiq il üzrə 90% tamamlanması deməkdir. Y.Piriyev həmçinin, növbəti tədris ilində ali təhsil müəssisələrindəki dövlət sifarişli yerlərin ötən ilə nisbətən 8.150-dək artırıldığını əlavə edib.

O, qeyd edib ki, növbəti ildən etibarən dövlət sifarişli yerlərin sayı 20.474 -ə qaldırılıb.

Ötənilki dövlət sifarişli plan yerlərinin sayı ümumi plan yerlərinin 30%-ni təşkil etdiyi halda, bu il 66.1 faiz artım müşahidə olunur.

Həmçinin 5 il əvvəllə müqayisədə 2018-ci ildə 600-dən çox bal toplayanların sayı 23 faizdən 83 faizə qalxıb. Özəl universitetlərdə də qəbul planı 40 faizdən 60 faizə qədər artıb".