Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 10:00:00
Türkiyə bu Azərbaycan universitetlərinin diplomlarını “tanımayacaq” – “Elmə xəyanət olar”  

Sosial şəbəkələrdə yayılan məlumata görə, Türkiyənin Ali Təhsil Qurumu – YÖK- Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Yəni bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura dərəcəsində təhsil ala bilməyəcəklər.

“YÖK DİM imtahanlarında ən aşağı bal toplayan abituriyentləri qəbul edən Azərbaycan universitetlərini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edə bilər”.

Bu sözləri AzEdu.az-a İngiltərənin “QueenMary” Universiteti və  London Universitet Kollecinin məzunu, Türkiyənin “TRT World” kanalının siyasi təhlilçisi, araşdırmaçıTuran Qafarlıdeyib.

O, bildirib ki, bəzi Azərbaycan universitetlərinin diplomları Türkiyədə  tanınmaması bəlkə də ali təhsil sistemində köklü reform tələbi yaradar:

“Düşünürəm ki, YÖK DİM imtahanlarında ən aşağı bal toplayan abituriyentləri qəbul edən Azərbaycan universitetlərini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edə bilər.

Ancaq bu da təsadüfi deyil. Çünki YÖK  ötən illərdə əcnəbilərin yalnız attestatla Türkiyə universitetlərinə qəbulunu qadağan etməklə bu prosesə başladı. Fikrimcə, bu olduqca gözəl prosesdir. Bəzi Azərbaycan universitetlərinin diplomların tanınmaması bəlkə də ali təhsil sistemində köklü reform tələbi yaradar. Həmçinin, bəzi  lazımsız universitetlərin bağlanıb, Azərbaycana həqiqətən kömək edəcək təhsil müəssisələrin  yaradılmasına şərait yaradar. Eyni zamanda universitet büdcələrinin artırılıb, kadrların dəyişməsi, maaşların artımı kimi islahatlara da yolun açılması mütləqdir. Fikrimcə, bəzi Azərbaycan universitetlərinin “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edilməsindəsəhvi Türkiyədə yox, özümüzdə axtarmalıyıq. Çünki, onsuzda Avropa və Amerikada Ali Təhsil qurumunun 90%-iAzərbaycan  universitetlərinin diplomlarını tanımır.

Fikrimcə, Türkiyənin qardaş ölkə olduğunu düşünərək, Azərbaycana haqsız güzəştə gedilməsini gözləmək elmə xəyanətdir”.

Turan Qafarlı xarici universitetlərə yalnız attestatla qəbulu təklif edən təhsil şirkətlərini manipulasiya ilə məşğul olduğunu vurğulayıb:

“Bəzi xaricdə təhsil şirkətləri sosial şəbəkələrdə gənclərin yalnız attestatla Türkiyədə oxumasını təklif edirlər.Düşünürəm ki, bu  kimi xaricdə təhsil şirkətləri manipulasiya ilə məşğuldur. Onu da bildirim ki, gənclər yalnız attestatla Türkiyəninən zəif universitetlərində təhsil ala bilərlər. Həmçinin, bu kimi universitetlərin  keyfiyyəti onsuz da şübhə altındadır. Eyni zamanda gənclər Rusiya, Ukrayna kimi ölkələrin ən zəif universitetlərində yalnız attestatla təhsil ala bilərlər. Çünki  xarici ölkələrin keyfiyyətli universitetləri əcnəbi tələbələri qəbul etdikdə müəyyən mərhələdən keçirir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları