Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-30 15:48:00
Yay qəbul imtahanlarına tələb olunan məbləğ - Rəsmi 

Mayın 30-dan iyunun 10-dək abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər.

AzEdu.az xəbər verir ki, abituriyent, 2019-cu ildə universitetə qəbul olunmaq üçün ona yaradılan ikinci şansdan (yay qəbul imtahanı) yararlanmaq, yəni yaz qəbul imtahanlarında iştirak edib, ikinci qəbul imtahanına qatılmaq istəyirsə, bu zaman 40 Azn ödəməlidir.

Əvvəlki illərin məzunları il ərzində qəbul imtahanında 1 dəfə iştirak edəcəkləri təqdirdə 40 azn, ikinci şansdan yararlanacaqları təqdirdə də əlavə 40 Azn, yəni 80 manat ödəniş etməlidirlər.

Xatırladaq ki, ərizə qəbulu iyunun 10-na qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları