Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-29 12:55:19
“Apellyasiya Komissiyasında 1 bal belə qaldırılmır, lakin....” - Narazı bakalavrların diqqətinə  

“Magistraturaya qəbul müsabiqə əsasında həyata keçirilir. Apellyasiya Komissiyasında1 bal belə qaldırılmır. Əgər bakalavrın hər hansı sualla bağlı şübhəsi varsa və doğru yazdığını iddia edirsə, həmin sualla bağlı komissiyaya müraciət edə bilər. Namizəd haqlı olduğu halda, nəinki ona, bütün iştirakçılara bal verilir”

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlaması zamanıbildirib. Onun sözlərinə görə, Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir:

“Bəzən bakalavrlar bu komissiyasını ali təhsil müəssisələrində fəaliyyət göstərən Apellyasiya Komissiyası ilə qarışdırırlar. Magistraturaya qəbul müsabiqə əsasında həyata keçirilir.Apellyasiya Komissiyasında 1 bal belə qaldırılmır. Əgər bakalavrın hər hansı sualla bağlı şübhəsi varsa və doğru yazdığını iddia edirsə, həmin sualla bağlı müraciət edə bilər. Lakin müraciət etmək o demək deyil ki, nəticələrdə hər hansı dəyişiklik ediləcək.Yalnız bakalavr haqlı olduğu halda, nəinki ona, bütün iştirakçılara bal verilir”.

Xatırladaq ki, dünən magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub.

İmtahan nəticələri açıqlansa da, bəzi ixtisaslaşmalara qəbul olunmaq istəyən bəzi bakalavrlar arasında narazılıqlar ortaya çıxıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları