Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-17 17:13:00
Yeni dövlət rüsumu universitetlərdəki illik təhsil haqqını artıracaq? – UNEC-dən cavab  

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna dəyişiklərdə əksini tapıb.

Dəyişiklərə əsasən, təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumu tutulacaq. Dövlət rüsumunun məbləğləri təhsil müəssisələrinin status və səviyyələrindən asılı olaraq fərqləndirilib.

Rüsumun məbləği ali təhsil müəssisələri üçün 20. 000 manat müəyyən edilib.

AzEdu.az akkreditasiya məbləğinin artırılmasının universitetlərdə illik təhsilhaqqına təsir edib-etməyəcəyi barədə ali təhsil müəssisələri arasında sorğu keçirib.

Sorğuda ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti iştirak edib.

UNEC-in mətbuat xidmətindən AzEdu.az-a  verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ixtisaslar üzrə illik təhsil haqqının artırılması nəzərdə tutulmayıb.

Məlumatda qeyd olunur ki, gələcəkdə inflyasiya və ya hər hansı vəziyyət baş verərsə, nə olacağını söyləmək mümkünsüzdür. Amma hazırki vəziyyətə görə UNEC-də təhsil haqqının artırılması nəzərdə tutulmayıb.

Xatırladaq ki, qanuna dəyişiklik səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

Digər universitetlərdə də mövcud situasiyanı diqqətə çatdıracağıq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları