Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-10 11:15:00
12  mayda keçiriləcək qəbul imtahanında xüsusi texnikadan istifadə olunacaq – SƏBƏB

Mayın 12-də keçiriləcək qəbul imtahanlarında (I və IV qruplar) namizədlərin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. 

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Texnologiya bəzi imtahan binalarında quraşdırılacaq.

Xatırladaq ki, fevralın 10-da keçirilən sınaq imtahanında da bu texnologiyadan istifadə olunub və 4 nəfərin başqasının yerinə imtahana daxil olmasının qarşısı alınıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları