Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-09 10:14:39
Tələbələrarası İntellekt Olimpiadasına start verildi  

LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyinin, Azərbaycan Tələbələr Gənclər Təşkilatı İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "TƏLƏBƏLƏRARASI İNTELLEKT OLİMPİADASI" layihəsinin I turuna start verilib.

AzEdu.az xəbər verir ki, ötən gün Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri olimpiadanın I turunda iştirak ediblər.

Layihənin reqlamentinə əsasən ilk turda tələbələr fərdi şəkildə yarışaraq, 100 dəqiqə ərzində IQ, məntiq və dünyagörüşünə aid 50 sualı cavablandırıblar. Digər universitetlərdə isə I tur mayın 11-də keçiriləcək. Birinci tur tam başa çatdıqdan sonra ümumi siyahıda ən yüksək bal toplayan tələblər may ayının sonunda final mərhələsində iştirak edəcəklər.

Final turunda iştirak edən hər kəs LEAD Education tərəfindən magistratura, MİQ imtahanlarına hazırlıq və xarici dil kurslarının istənilən birindən 20-100% endirim qazanacaq. Final mərhələsində iştirak edən 100-dək tələbə layihənin sponsorları və tərəfdaşlarının təqdim etdiyi aşağıdakı hədiyyələrlə mükafatlandırılacaq:

  • “BakuElektroniks”dənNotebook, planşet, fotoaparat 
  • “İrşad Telekom”danHONOR smartfonu və 20 ədəd HONOR bandsmart saatı 
  • “İSMA Bike”dan2 ədəd İSMA Bike velosipedi 
  • “Bizon”-dan iştirak edən hər kəsə enerji içkiləri
  • “Boranı” restoranlar şəbəkəsindən 10 ədəd 2 nəfərlik şam yeməyi 
  • “Nizami Kino Mərkəzi”ndənən baxımlı filmlərə 20 ədəd bilet
  • Tanınmış brendərdən endirim kuponları
  • və digər tərəfdaşlarımızdançoxlu hədiyyələr...

Tələbələr olimpiadada iştirak etmək üçün universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, mayın 11-də  BDU, ADNSU, ADMİU, AZTU, BANM, DİA və Avarasiya Universitetlərinin tələbələri olimpiadada iştirak edəcək. Bununlada layihənin ilk turuna yekun vurulacaq.

http://bit.ly/2UxRfm9 

Qeydiyyatdan keçin və mükafatlar qazanın.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları