Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 16:00:00
Qəbul imtahanlarında sual kitabçaları abituriyentlərə veriləcək? – DİM-dən cavab  

Ali məktəblərə qəbul imtahanlarında sual kitabçaları abituriyentlərə veriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək yaz qəbul  imtahanlarında sonda abituriyentlər kitabçalarını özləriylə apara bilərlər.

Qeyd edək ki, imtahanda iştirak edəcək abituriyentlər DİM-in rəsmi səhifəsindən "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları