Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 17:54:03
Müddətsiz müqavilə ilə işləmək istəyən müəllimlərin sayı AÇIQLANDI

“Bu gün saat 23:59-da respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsi başa çatır”.

AzEdu.az xəbər verir ki,  bunuTəhsil TV-nin  "Təməl"  verlişindəTəhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

O bildirib ki, müsabiqədə iştirak etmək üçün 2906 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 1000 nəfəri öz ərizəsini təsdiq edib. 

M. Camalzadə qeyd edib ki, müsabiqənin müsahibə mərhələsinə aprelin 20-dən sonra başlanılacaq.