Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-13 13:36:00
Etibar Əliyev BDU-nun yeni rektoru ilə bağlı yanlışlığa aydınlıq gətirdi  

“Elçin Babayev BDU-nun tarixində rektor təyin olunan  III elmlər namizədidir”.

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə hesabında  təhsil üzrə ekspert Etibar Əliyev qeyd edib.

O, bildirib ki, Elçin Babayev Bakı Dövlət Universitetinə rektor təyin olunduqdan sonra  onun bu nüfuzlu ali məktəbə rəhbərlik edəcək ilk elmlər namizədi olduğu deyilir. Lakin bu iddia yanlışdır:

“Xatırladıram ki, Elçin Babayev universitetin tarixində elmlər namizədi elmi dərəcəsi ilə təyin olunan üçüncü rektordur. Əslində, bunu universitetə 1965-1970-ci illərdə rektor təyin olunan Mehdi Əliyevi xatırlamaq üçün deyirəm. Onu yüksək elmi və təşkilatçılıq bacarığına malik olan rektor kimi dəyərləndirirlər”.

Etibar Əliyevin sözlərinə görə, Mehdi Əliyev Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanin tərtibi kimi işlərə xüsusi əhəmiyyət verib:

 “Mehdi Əliyev tələbələr üçün bir çox vacib dərslikləri (A.F.İoffe Molekulyar fizika kursu və s.) ruscadan Azərbaycan dilinə tərcümə edib.Həmçinin ali məktəblər üçün Optika kursundan Azərbaycan dilində yazılan ilk dərsliyin həmmüəllifi olub.

1992-cü ildə isə BDU-ya hüququ elmləri namizədi Firudin Səməndərov rektor təyin olunub”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları