Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 09:30:00
“Müəllimlərə güzəştli  ipotekaların verilmə təklifini alqışlayıram, gələcəkdə...” - Deputat

“Ombudsmanın müəllim və həkimlərə ipoteka kreditlərinin əlçatan olması ilə bağlı təklifini alqışlayıram”.

Bu sözləri AzEdu.az-a açıqlanmasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva deyib.

O, eyni zamanda, komitədə müəllimlərə güzəştli ipotekaların verilməsi ilə bağlı gələcək təkliflərin yüksək qiymətləndiriləcəyini bildirib:

“Ombudsmanın müəllim və həkimlər üçün ipoteka kreditlərinin əlçatan olması ilə bağlı təklifini alqışlayıram. Bu, çox əhatəli və yaxşı hazırlanmış hesabat idi. Qazandığımız hər bir uğurun arxasında müəllimlərimiz dayanır və ömrümüz boyu onlara borcluyuq.

Əgər Milli Məclisin Elm və təhsil komitəsinə müəllimlərə güzəştli ipotekaların verilməsi ilə bağlı hər hansı bir sənəd gələrsə biz onu yüksək qiymətləndirərik.

Son illər dövlət tərəfindən təhsilimizlə bağlı ciddi addımlar atılır. Ölkədəki savadlılıq demək olar ki, dünyanın qabaqcıl ölkələri ilə eynidir. Bu baxımdan, ombudsmanın müəllimlərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı təklifini təqdirə layiq hesab edirəm”.

Rəna Nəbi