Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 13:37:00
DİM markerlərə nə qədər əmək haqqı ödəyir? – 1 suala 6-10 qəpik  

Marker müəllimlərə sualın çətinlik dərəcəsindən asılı olaraq, bir tapşırığa görə 6, 8 və 10 qəpik məbləğində əməkhaqqının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumata əsasən, markerlərə ödənilən əməkhaqqının miqdarı müxtəlifdir.

Həm buraxılış, həm də qəbul imtahanlarında yer alan fənlər üzrə yoxlama aparan markerlər sual sayının çoxluğuna görə daha yüksək əməkhaqqı alırlar.

Xatırladaq ki, 2019-cu ildən ali məktəbə qəbul qaydaları yeni təhsil proqramları (kurikulum) üzrə həyata keçiriləcək.

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Marker müəllimlər fənlər üzrə yazı tapşırıqlarının qiymətləndirilmə prosesində iştirak edirlər.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları