Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 16:45:00
Qızlar məktəbində yanğın - 3 şagird öldü

İranın Sistan və Bəluçestan vilayətində orta məktəbdə yanğın baş verib. Nəticədə 3 məktəbli həlak olub, biri isə ağır yanıq xəsarəti alıb.

AzEdu.az  Trend-ə istinadən bildirir ki, İranın Sistan və Bəluçestan vilayətinin Təlim-Tərbiyə İdarəsinin baş direktoru Əlirza Nəxəi deyib ki, hadisə qızlar məktəbində baş verib. 

Yanğına sinif otaqlarından birini qızdırmaq üçün istifadə edilən neft çırağının səbəb olduğu deyilir.