Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 12:55:00
Bakıda məktəbin qarşısında qanlı olay: Şagird bıçaqlandı

Bakıda yeniyetmələr arasında dava olub.

AzEdu.az Trend-ə istinadən xəbər xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib.

Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci(qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.