Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 12:35:00
Bakıda orta məktəbin qarşısında bıçaqlanma  

Bakıda bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində 26 saylı orta məktəbin qarşısında baş verib.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədli Qafar Ramil oğlu həmkəndlisi, 1975-ci il təvəllüdlü Cabbarov Tərlan Şükür oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə Q.Məmmədli T.Cabbarovu sol döş qəfəsindən bıçaqlayıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb.