Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-16 11:00:00
Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi” kitabı çap olundu

Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (19-20- ci əsrlər). 1-ci hissə”
adlı kitabı işıq üzü görüb. 

Müəllifin AzEdu.az-a bildirdiyinə görə, kitabın 1-ci hissəsində 19-cu əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi üç istiqamətdə qruplaşdırılıb:
1) Şərq-İslam-türk mədəniyyətnin davamı:sxolastik fəlsəfi təfəkkürdən dünyəvi fəlsəfi təfəkkürə dönüş - A. A. Bakıxanov, S. Ə. Nəbati, S. H. Nigar. M. M. Nəvvab, A. Axundoğlu və b. 
2) Qərb mədəniyyətinin ya da Qərb fəlsəfəsinin təşəkkülü : mötədillikdən radikal inqilabi fəlsəfi düşüncələr- M. Ş. Vazeh, M. F. Axundzadə, T. QÜRRƏTÜL-EYN, M. Kazımbəy, Z. Marağalı və b. 
3) Şərq-islam - türk fəlsəfəsi ilə Qərb-Avropa fəlsəfəsinin sintezi problemi: Ş. C. Əfqani, S. Ə. Şirvani, H. Zərdabi, M. Ə. Talıbzadə və b. 

F. Ələkbərli bildirib ki, kitab ümumtürk fəlsəfəsini və Azərbaycan türk fəlsəfi fikir tarixini tədqiq edənlər, maraqlananlar üçün dəyərli elmi vəsaitdir.