Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 17:00:00
Nazirlikdən işlə yeni təmin olunan müəllimlərə müraciət - Anonim sorğulara baxılmayacaq

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi iş yeri ilə yeni təmin olunmuş müəllimlərə müraciət edib.

AzEdu.az xəbər verir ki, müraciətdə işlədiyi ümumi təhsil müəssisəsində hər hansı problemlə qarşılaşan müəllimlərdən onları narahat edən məsələlərlə bağlı rəylər vasitəsilə müraciət etmələri xahiş olunur. Şikayətlət konkret faktlara əsaslanmalı, yığcam, dolğun və məzmunu tam əks etdirməlidir. Müraciətdə həm də bildirilib ki, anonim, konkret faktlara əsaslanmayan müraciətlərə baxılmayacaq. Qeyd olunan və faktlara əsaslanan müraciətlər isə operativ şəkildə İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən araşdırılacaq və nəticəsi barədə sizə məlumat veriləcək.

Xatırladaq ki, İnsan Resursları Mərkəzi fəaliyyət göstərdiyi dövr ərzində ümumi təhsil müəssisələrinə müəllimlərin müddətsiz və müddətli müqavilə əsasında işə qəbulu, müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi, iş yerinin dəyişdirilməsi müsabiqələri həyata keçirilib. Bu müsabiqələr zamanı ümumilikdə 10 min 191 nəfər yeni iş yeri ilə təmin olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları