Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-10 17:48:23
Aşağı nəticələri ilə “fərqlənən” Kürdəmir məktəbləri – İllərlə tələbə verməyən kəndlər  

Qəbul  imtahanlarındakı  yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Kürdəmir rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

4 saylı şəhər orta məktəbi üzrə 1995-2001-ci illər;

5 saylı şəhər orta məktəbi üzrə 1995-1996-cı illər;

Çöhranlı kənd orta məktəbi üzrə 1998-2002-ci və 2008-2011-cı illər;

  1. Zülfüqarov adına Şilyan kənd orta məktəbi üzrə 2003-2009-cu və 2013-2016-cı illər;

Qarabucaq kənd orta məktəbi  üzrə 1999-2013-cü illər;

Q.Sadıqov adına Mollakənd kənd orta məktəbi üzrə 2016-2017-ci illər;

Sor-sor kənd orta məktəbi üzrə 2012-2015-ci illər;

Karrar kənd orta məktəbi üzrə 1996-1998-ci illər;

Ərəbxana kənd orta məktəbi üzrə 1995-1998-ci və 2014-2016-cı illər;

Cəyli kənd orta məktəbi üzrə 1996-2001-ci, 2009-2012-ci və  2015-2016-cı illər;

Carlı kənd orta məktəbi üzrə 2001-2010-cu illər;

Söyüdlər kənd orta məktəbi üzrə 2009-2017-ci illər;

Karrar qəsəbə orta məktəbi üzrə 2003-2009-cu və 2016-2017-ci illər;

Pirili kənd orta məktəbi üzrə 1999-2002-ci illər;

Köhünlü kənd orta məktəbi üzrə 2005-2011-ci, 2013-2014-cü illər və 2017-ci il;

Sovla kənd orta məktəbi üzrə 1996-2009-cu illər və 2017-ci il;

Qarasaqqal kənd orta məktəbi üzrə 2003-2012-ci illər;

Böyük Kəngərli kənd orta məktəbi üzrə 2000-2009-cu və 2012-2015-ci illər;

Ərəbqubalı kənd orta məktəbi üzrə 2007-2010-cu illər;

Beyi kənd orta məktəbi üzrə 2000-2004-cü illər;

E.Qurbanov adına Qarasu kənd orta məktəbi üzrə 2005-2009-cu, 2012-2014-cü illər və 2017-ci il;

Bağman kənd orta məktəbi üzrə 2003-2008-ci illər və 2017-ci il;

Bağman kənd orta məktəbi üzrə 2010-2012-ci və 2015-2016-cı illər;

Ərşəli kənd orta məktəbi üzrə 2006-2011-ci illər və 2017-ci il;

Garıs-Əyribənd kənd orta məktəbi üzrə 2006-2008-ci və 2012-2015-ci illər ərzində bir nəfər belə ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

Qeyd edək ki, sözügedən orta təhsil müəssisələrindən əlavə, Kürdəmir rayonunun əksər məktəblərində qəbul göstəriciləri respublika  səviyyəsindən  aşağıdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları