Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-03 16:45:05
DİM-in "qara" siyahısına düşən Qusarın aşağı nəticə göstərən məktəbləri - SİYAHI

Qəbul  imtahanlarındakı  yüksək  göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.

Bununla yanaşı, çox zəif  nəticələrə sahib,  qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az  Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Qusar rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

5 saylı şəhər orta məktəbi üzrə 1996-2003-cü illər;

Urva kənd orta məktəbi üzrə 1997-2001-ci illər;

Sudur kənd orta məktəbi üzrə 2004-201-ci illər;

Qənərçay kənd orta məktəbi üzrə 2009-2017-ci illər;

Düztahir kənd orta məktəbi üzrə 2006-2012-ci illər və 2017-ci il;

M.Abdullayev adına Əcəxur kənd orta məktəbi üzrə 2007-2014-cü illər və 2017-ci il;

Yasab kənd orta məktəbi üzrə 2000-2009-cu illər;

Gədəzeyxur kənd orta məktəbi üzrə 2004-2011-ci illər;

Qarat oba kənd orta məktəbi üzrə 2005-2010-cu illər;

Samur qəsəbə orta məktəbi üzrə 1999-2014-cü illər;

Qalacıq kənd orta məktəbi üzrə 1998-2015-ci illər;

Köhnə Xudat kənd orta məktəbi üzrə 2015-2017-ci illər;

Bədişqala kənd orta məktəbi üzrə 2005-2009-cu illər;

Ləcət kənd orta məktəbi üzrə 1996-2001-ci illər;

Cağarqışlaq kənd orta məktəbi üzrə 2015-2017-ci illər;

Əniğoba kənd orta məktəbi üzrə 2007-2013-cü illər və 2017-ci il;

Nəcəfkənd kənd orta məktəbi üzrə 2001-2011-ci illər;

Böyük Muruq kənd orta məktəbi üzrə 2005-2010-cu illər və 2017-ci il;

Çiləgir kənd orta məktəbi üzrə 1999-2003-cü illər və 2017-ci il;

Xuray kənd orta məktəbi (2004-cü ilin sentyabrınadək əsas məktəb olub) üzrə 2017-ci il;

Atlıxan kənd orta məktəbi üzrə isə 2000-2007-ci illər ərzində bir nəfər belə ali təhsil müəsissisələrinə daxil olaraq tələbə adını qazanmayıb.

Adıçəkilən məktəblərlə yanaşı, rayon üzrə nəticələri yüksək olan orta təhsil müəssisələrinin sayı da azdır. Bir çox məktəblərdə məzunların çox az qismi universitetlərə daxil ola bilib.

Qeyd edək ki, Qusar məktəbləri qəbul imtahanlarında respublika üzrə ən aşağı göstəricilərə malik Azərbaycan rayonlarından biridir. Burada ümumi göstəricilər respublika səviyyəsindən aşağı qiymətləndirilir.

2011-ci ildə DİM-in sədri Məleykə Abbaszadə bəzi bölgə məzunlarının, eləcə də Qusar rayonunun abituriyentlərinin qəbulda topladıqları balın 100-dən aşağı olduğunu açıqlamışdı.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları