Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 11:36:00
“Bu suallarının imtahanda abituriyentlərə çətinlik yaradacağını düşünmürəm”-Məşhur tarix müəllimindən PROQNOZ

44 gün davam edən və Azərbaycanın haqlı qələbəsi ilə  başa çatan Vətən Müharibəsi dövründə məğlubiyyətlə barışmayan ermənilər   müharibənin getmədiyi,  mülki şəxslərin yaşadığı bölgələrə atdıqları saysız-hesabsız ağır artileriya, raket və mərmilər  bir çox yaşayış binaları, fərdi evlər, məktəb və digər obyektlərə  ciddi ziyan vurdu.

 

Dağıntılara məruz qalan ərazilərdə internetin yayımında da çox ciddi problemlər yaşandı. Bu birbaşa onlayn dərslərə təsirini göstərdi. Artıq müharibənin Azərbaycanın tam qələbəsi ilə bitməsindən 1 aydan artıq vaxt keçir.

AzEdu.az çətin günlərdə şagirdlərinə həqiqətləri çatdıran, həmçinin də  dərslərə ciddi yanaşan örnək müəllimlərin fəaliyyətini işıqlandırmağa davam edir. Bu müəllimlərdən biri Sumqayıt şəhər 28 saylı tam orta məktəbin tarix müəllimi Aygün Hacıyevadır. Aygün müəllim sosial şəbəkələrdə də aktivdir, illərdir ermənilərin səhv paylaşımlarına müxtəlif dillərdə cavablar yazır, müxtəlif sosial aksiyalarda iştirak edir.  Həmçinin tele-dərs proqramına da qatılıaraq, 5 və 6-cı siniflər üzrə tarix dərsi keçir.

 

Müharibə dövrü təhsilə də təsirsiz ötüşmədi. Azərbaycan həqiqətlərini şagirdlərinizlə bölüşmək üçün hansı işləri gördünüz?

Vətən müharibəsi başladığı gündən bitənəcən onlayn platforma üzərindən şagirdlərimə Azərbaycanın sərhədləri, tarixi həqiqətləri ilə bağlı informasiyaları çatdırmışam. Hər dəfə işğalla bağlı günləri dedikcə sıxılırdım, məyus olurdum. Tarix müəllimi olmağım mənəvi utanc hissi keçirməyimə daha çox səbəb olurdu. Azıx mağarasını, Xudafərin körpüsünü işğalda gördükcə təəssüflənirdim. Şagirdlərimlə bərabər “Səninləyik, Azərbaycan əsgəri” adlı videoçarx hazırladıq. Sosial şəbəkədə müxtəlif dillərdə Qarabağ həqiqətlərini əks etdirən yazılar paylaşırdım.  Ordumuza dəstək aksiyasına qoşularaq Şəxsi hesabımdan Silahlı qüvvələrə yardım” fonduna pul da köçürtdüm. Düşünürəm ki, bu, bütün imkanı uyğun olan şəxslərin vətəndaşlıq borcu idi.

 

Şagirdlərinizdən döyüşlərə qatılan, şəhid, qazi olanı varmı?

Döyüşlərə qatılan xeyli şagirdim olub. Bunlardan Şamo, Nurlan adlı şagirdlərim var ki, onlar qazi oldular. Şəhidlik zirvəsinə yüksələn şagirdlərim də var. Fəxr edirəm ki, bu cür vətənpərvər oğlanların müəllimi olmuşam. Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Haqlarını halal etsinlər. Onlar bizim utanc hissimizi üzərimizdən götürdülər. Xüsusən də şəhid müəllimlərimizin qarşısında baş əyirəm.

 

Tele dərslərə qatılma, orada iştirak bu prosesdən danışardınız:

Tele-dərslərə 2020-ci ilin martından start verilib. Azərbaycan bu istiqamətdə ilkin addım atan dövlətlər sırasındadır. Hətta Azərbaycanın bu təcrübəsindən örnək götürüb həmin layihəyə başlayanlar da oldu. Tele-dərslərdə iştirak üçün xeyli müəllim Təhsil Nazirliyinə müraciət edir. Həmin müəllimlər arasında xüsusi seçim edilir. Müəllimin müasir tələblərə cavab verməsi vacib şərtdir. Bu layihə Təhsil Nazirliyinin həyata keçirdiyi ən vacib işlərdən biri oldu. Böyük komanda işidir. Layihədə çox böyük həvəslə iştirak edirəm. Dərslərdə 5-6-cı sinif Azərbaycan tarixini tədris edirəm.

 

 

Qəbul imtahanlarına müharibə ilə bağlı sualların salınma ehtimalını necə dəyərləndirirsiniz? Abituriyentlər buna hazırdırmı?

 

DİM tərəfindən qəbul imtahanına vətən müharibəsiylə bağlı sualların salınmasını alqışlayıram. Abituriyentlərimiz buna hazırdır. DİM sərdi Məleykə Abbaszadənin də dediyi kimi “Abituriyent-2” jurnalında bu mövzu dərc olunacaq.

 

Həmçinin kurikulumun standartlarından biri də budur ki, şagirdlər müstəqil olaraq hadisələrlə bağlı məlumat toplayıb analiz aparıb nəticə çıxarmağı bacarmadılır. Müharibədən heç kim məlumatsız qalmadı. Prezidentimiz 27 sentyabrdan başlayaraq günbəgün ən son məlumatları ictimaiyyətə açıqladı. Ali məktəbə sənəd verənlər 17 yaşlı şəxslərdir. Onlar hadisələri mediadan yaxından izləyə bildilər. Bütün bunları nəzərə alsaq imtahan suallarının abituriyentlərə çətinlik yaradacağını düşünmürəm.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları