Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-16 17:55:00
Məktəblilərin oxuduqları heyrətamiz kitab siyahıları- QUA və AzEdu.az-ın ortaq layihəsi  

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) və AzEdu.az Təhsil Portalının birgə layihəsi olan "Məktəblinin kitabı" müsabiqəsinin növbəti iştirakçılarını təqdim edirik:

"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı Həsənli Mətanət.

O, Ağsu rayon Bəyimli kənd məktəbinin 3-cü sinif şagirdidir. Mətanətə layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik: 

1. Xosbəxtlik nədir?
2. Kimin əlləri daha gözəldir?
3. İt və insan necə dost oldu?
4. Cığal sərçə
5. Cırtdan
6. Ayoqa
7. Əkinçi və oğlu
8. Beş bacının qardaşı 
9. Məktəbdə bir gün Uşaqların nağılı
10. Ağ atlı oğlan 
11. Çil madyan 
12. Məlikəmməd
13. Yaxşılığa yamanlıq 
14. Ovçu Pirim
15. Göyçək Fatma
16. Çəkməli pişik
17. Pinokio
18. Çirkin ordək balası
19. Piter Pen
20. Benbi
21. Ayı və kəndli
22. Yuxuların çin olduğu yerdə

"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı Mazanlı Nicat Natiq oğlu.Görüntünün olası içeriği: 1 kişi

Onun 12 yaşı var, 220saylı məktəb-liseyin 7-ci sinif şagirdidir. Kitab oxumağı çox sevir. Kompüter elmlərinə xüsusi marağı var. Nicata layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik.

1.Şerlok Holmsun macəraları (Artur Konan Doyl)
2.Oliver Tvistin Macəraları(Çarlz Dikkens)
3.Anton Çexov .Hekayələr.
4.Mələklər və iblislər (Dan Brown)
5.Mark Twain (The adventures of Tom Savyer)
6.Babək (Ənvər Məmmədxanlı )
7.Hekayələr toplusu (Oskar Uyald)
8.Hekayələr (Çingiz Aytmatov)
9.Dorian Qreyin Portreti (Oskar Uyald)
10.Robinzon Kruzon (Daniel Defo)
11.Dünyaların savaşı (Herbert Uells)
12.Kapitan Qrantın uşaqları (Jül Vern)
13.Səfillər (Viktor Hüqo )
14.Qulliverin səyahəti (Conatan Svift)
14.Hacı Murad (Lev Tolstoy)
15.Peyğəmbərlər tarixi
16.The President's murderer (Jennifer Basset)
17.Sirli ada (Jül Vern)
18.Spartak (Rafaello Covanyol)
19.Don Ki Xot (Migelde Servantes)
20.Shirley Homes and the Lithuanian case (Jennifer Basset)
21.Qraf Monte Kristo (Aleksandr Düma)
22.Shirley Homes and the Cyber Thief)
23.Üç Müşkatyor (Aleksandr Düma)
24.Qafqaza macəra (Aleksandr Düma)
25.Mavi qatarın sirri(Aqata Krista)
26.Şahzadə və dilənçi (Mark Tvin)
27.Zaman maşını (Herbert Uels)
28.Diplomat (Ceyms Oldric)
29 Hekayələr(Cəlil Məmmədquluzadə)
30.15yaşlı kapitan (Jül Vern)
31.Robin Hud (Herbert Uells)
32.Görünməz adam (Herbert Uells)
33.Sonuncu Mogikan (Fenimor Kuper)
34.Hekayələr (Əbdürrəhim bəy Haqverdiyev)
35.Qorxulu nağıllar (Cəlil Məmmədquluzadə)

"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı Məmmədova Pəricahan Şaiq qızı.


O, Neftçala şəhər Elton Həbibov adına 4 № li tam orta məktəbin 3-cü sinfində oxuyur. Dərs əlaçısıdır. Güclü məntiqi təfəkkürə malikdir. Şahmat yarışları üzrə qalibdir. Gözəl rəqs etmək və rəsm çəkmək qabiliyyəti var. İctimai işlərdə xüsusi fəallıq göstərir. Arzusu həkim-pediatr olmaqdır. Sevimli kitabı: Usaq ensiklopediyası-İsmayıl Həkimoğlu

Pəricahana layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik: 

1. Sinifdənxaric oxu-İlyas Tapdıq
2. Nağıllar-Şərq qərb nəşriyyatı
3. Usaq ensiklopediyası-İsmayıl Həkimoğlu
4. Sokolad kimi nağıllar-Nur Kutlu
5. Anqliyskiy yazik-Shalaeva
6. Moi pervie slovari v kartinkax-Van Qul
7. 600 words picture dictionary-Oxford Press
8. Family and friends( class book)-Naomi Simmons
 
"Məktəblinin kitabı" layihəsinin növbəti iştirakçısı İsmayılzadə Duyğu Vasif qızı.

O, Neftçala şəhər Elton Həbibov adına 4№ li tam orta məktəbin 4-cü sinif şagirdidir. Dərs əlaçısıdır. Rayon üzrə siniflər arasında keçirilən bilik yarışlarının qaliblərindəndir. Hobbisi mütaliə etməkdir. Ən sevimli kitabı “ 365 şirin yuxu” kitabıdır.

Duyğuya layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik.

1. 3 sinif üçün sinifdənxaric oxu kitabı
2. 4-sinif üçün sinifdənxaric oxu kitabı
3. Gözəl və div (Altı nağıl)
4. Dovşancığazın koması (Beş nağıl )
5. Qızılgül nağılları -Nehir Aydın Gokduman.
6. Robin Hud (ingilis rəvayətləri əsasında).
7. Əxlaqi dəyərlər (Səbirli olmağı bacarıram)- Rafiq İsmayılov
8. Təhlükəsiz həyat 
9. Neftçala kitabı 
10. 365 şirin yuxu