Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-03 17:13:00
Heydər Əliyevə həsr edilən məktəblilərarası Fibonacci intellektual yarışı başlanıb  

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın açılış mərasimi olub.

AzEdu.az xəbər verir ki, mərasimdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova müasir dünyada təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini bildirib. Eyni zamanda, məktəblilərarası Fibonacci intellektual yarışının əhəmiyyəti diqqətə çatdırılıb.

İntellektual yarışa Bakının 20 məktəbi qatılıb.

Akademik Rafael Hüseynov və digər çıxış edənlər təhsilə müasir yanaşma ilə bağlı fikirlərini bölüşüb, məktəblilərə tövsiyələrini verib, onlara uğurlar arzulayıblar.

Sonra intellektual yarışın ilk oyunu keçirilib.