Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-22 10:11:00
Metodistdən Kimya müəllimləri üçün vacib olan bilgilər – İmtahan bələdçisi

Təhsil şöbəsinin metodist kimi çalışan  Hümbətova Zövqiyyə    Kimya fənnində ən çox müzakirə olunan mövzulardan biri ilə bağlı  maraqlı elmi-tövsiyəedici  məqalə ilə çıxış edib.

AzEdu.az Kimya müəllimləri üçün də vacib sayılacaq həmin məqaləni təqdim edir:

Müstəqil Azərbaycanın gələcəyə doğru sürətlə addımladığı bir zamanda digər sahələrlə bərabər təhsil sistemi də uğurla inkişaf etdirilir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin, fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. 

Təbiidir ki, təhsilin keyfiyyətinin yüksəlməsində ayrı- ayrı fənlərin tədrisinin mühüm rolu vardır. Son illərdə digər fənlərlə yanaşı, kimya fənninin tədrisində də xeyli uğurlar qazanılıb.

Kimyadan tədris işinin düzgün planlaşdırılmasının dərsin yüksək elmi-metodiki səviyyədə keçməsində mühüm rolu var.

Kimya elmini maddələrsiz təsəvvür etmək olmaz. Müasir həyatda müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu gün elmə məlum olan 10 milyondan çox təbii və sintetik maddələr mövcuddur. Onların hər biri müəyyən xassələrə malikdirlər.

Bir çox maddələr ion mübadilə xassələrinə sahibdirlər. Onları iki böyük qrupa bölmək olar: qeyri-üzvi ionitlər və üzvi maddə mənşəli ionitlər. Təbii qeyri–üzvi ionitlər əsasən kristallik silikatlardan ibarətdilər. Bu ionitlərin ən mühüm nümayələrindən aşağıdakıları göstərmək olar:

1.Seolitlər əsasən  Ca və Mg, bəzən Ba, Sr və K alümoslikatlarının kristalhidratlarından ibarət mineralların böyük bir qrupunu təşkil edirlər. Seolitlərə həmçinin, Salabi       ( Ca, Na2 ) [ Si2 , AlO6 ]2 . H2O ,  stilbit ( Na2Ca ) [ Si6 , Al2O16 ] . 6 H2O, natrolit Na2[ Si3 ,Al2O10 ] . 2H2O   aid edilir. Bu minerallar düzgün şəbəkəli fəza quruluşuna malikdirlər. Şəbəkədə  Sİ 4+ ionlarının bir hissəsi Me 3+ ionları ilə əvəz edilmişdir. Çatışmayan müsbət yük qələvi və qələvi torpaq elementlərinin şəbəkənin müəyyən ionları ilə bilavasitə birləşməyən ionları ilə neytrallaşır və əks yüklü ionların rolunu oynayırlar.

1.Qlaukonit KMg(Al Fe)3 Si6O18  .  3H2O tərkibli mineral olub dəmir  və maqneziumun sulu alümoslikatından  ibarətdir.

2.Kaolinit qurupu minerallarına aid edilən və ümumi formulları  Al2O3  .  nSiO2  .  mH2O –dan ibarət olan minerallar.

Bütün bu ionitlər üçün çox da böyük olmayan mübadilə tutumu, zəif kimyəvi davamlılıq və kifayət qədər olmayan mexaniki möhkəmlik səciyyəvidir.

Ion mübadiləsinə malik təbii qeyri-üzvi maddələrin quruluşunun, tərkibinin və xassələrinin öyrənilməsi  qeyri-üzvi ionitlərin sintezinə səbəb olmuşdur. Alümosilikatlar  əsasında bir sıra ionitlərin hazırlanması metodikaları işlənib hazırlanmışdır. Bütün bu maddələr ümumi permutitlər adlanırlar. Onların ümumi formulu Al2O3 . nSiO2 . mNa2O . pH2O ilə ifadə olunur. Sintetik ionitlərin kimyəvi davamlılığı və mübadilə tutumları az olduqlarından onların da tətbiqi məhduddur.

Son zamanlar bəzi ionlara selektiv münasibət göstərən bir sıra qeyri-üzvi ionitlərin sintezi barəsində ədəbiyyatda məlumatlar çap edilmişdir. Belə ionitlərin alınması üçün çox zaman D.İ. Mendeleyevin elementlərin dövrü sistem cədvəlinin  IV qurup elementlərindən  ( Zr, Ti ) istifadə edirlər.bu elementlər polimerlər əmələ gətirirlər. Əgər  Zr və ya Ti duru məhluluna hər hansı çoxəsaslı turşunu və ya onun duzunu əlavə etsək, pH-ın müəyyən qiymətində sirkonil polimeri alınır.

           |                               |            |                            |

     –   Zr – O –              –  Zr – O – Zr – O  ...   – O – Zr –     

           |                               |            |                           |

Bu zəncirlər çoxəsaslı turşu vasitəsilə üç ölçülü şəbəkələrə birləşdirilir.

Titan, manqan tərkibli sorbentlə sənaye tipli məhlullarından kobalt, mis və uranın sorbsiyasına aid tədqiqat işləri aparılmışdır. Tədqiq olunan sorbentin spektral analiz yolu ilə tərkibi və əsas parametrləri müəyyən edilmişdir. Kobalt, mis və uranın sorbsiya üsulu ilə sənaye tipli məhlullardan çıxarıl­masının optimal şəraiti işlənib hazırlan­mışdır. Prosesin desorbsiya şəraiti seçilmiş və bu zaman desorbsiya nəticəsində kobaltın, mis və uranın 96-98% çıxımına nail olun­muşdur.

Təbii üzvi ionitlərə torpağın, torfun, boz kömürün və sellülozanın  üzvi törəmələri aiddirlər. Bunlar təcrübədə geniş tətbiq olunmurlar. Bu maddələrin quruluşunun tərkibinin və xassələrinin öyrənilməsi yeni tip adsorbentlərin yaradılmasına gətirib çıxarmışdır.