Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-20 15:15:00
Xarici dildə dinləmə mətninə aid suallar zamanı şagirdlərə bu şəraitlər yaradılacaq- RƏSMİ

2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə  yeni model əsasında təşkil olunacaq.

Model öncədən elan olunsa da, qaranlıq qalan məsələlər hələ də öz aktuallığını qorumaqda davam edir.

Şagirdləri maraqlandıran əsas məqamlardan biri İngilis dili fənni üzrə buraxılış imtahanlarına dinləmə mətninin əlavə edilməsiylə bağlıdır. Qərar təsdiqini tapsa da, imtahan formatının necə olacağı açıqlanmamışdı.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, buraxılış imtahanlarında dinləmə mətnlərinə aid tapşırıqların cavablandırılması üçün şagirdlərə zəruri şərait yaradılacaq.

İmtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndiriləcək. Səsləndirmə ümumi olacaq və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunacaq.

Xatırladaq ki, dinləmə mətnlərinin həcmi 1 dəqiqədən ibarət olacaq. Şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları