Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 17:23:00
Azərbaycan məktəbliləri Türkmənistanda keçirilən festivalda medallar qazanıblar  

Türkmənistan Respublikasının Avaza Milli Turizm ərazisində Xəzəryanı ölkələrin məktəbliləri arasında II mədəni-idman festivalı keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, festivalda ölkəmiz “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 34 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya məktəblilərinin iştirak etdikləri festivalda ölkəmizi təmsil edən şagirdlər mini futbol, basketbol, voleybol, şahmat və stolüstü tennis idman növləri üzrə yarışlarda mübarizə aparıblar. Yarışların nəticəsinə görə, Azərbaycan komandaları stolüstü tennis idman növündə I, şahmat (oğlan və qızlar) və basketbol üzrə II, voleybol üzrə (qızlar) III, mini futbol üzrə IV yerə layiq görülüblər. Həmçinin komandalar şəxsi yarışlarda stolüstü tennis idman növündə bir qızıl, iki gümüş, şahmatda isə bir bürünc medal qazanıblar.

İştirakçı ölkələr arasında Azərbaycan məktəbliləri qazanılmış medalların ümumi sayına görə ikinci yeri tutub.

Nümayəndə heyətinin üzvləri festivalda bədii proqramla çıxış edərək milli rəqslər nümayiş etdiriblər.