Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 12:41:00
Müəllimlərdən nazirliyə müraciət: “Xahiş edirik ki, bizim üçün bu  şans yaradılsın!”

“DQ balı ilə də MİQ-in vakansiya seçimində iştirak etmək şansı yaradılsın. Onsuz da MİQ imtahanları vaxtı bütün mərhələlərdə minlərlə boş yer qalır. İmtina edənlər də bir tərəfdən… Nəticə etibarilə, məktəblərdə olan dərs saatlarını məcburən  DQ-də az  bal toplayan  məktəb müəlliminə verirlər”, - deyə müəllim Müşfiq Nağıyev Təhsil Nazirliyindən xahiş edir.

AzEdu.az xəbər verir ki, Müşfiq Nağıyev Hacıqabul rayon Kolani kənd tam orta məktəbinin tarix müəllimidir.

Gənc müəllim Nağıyev Müşfiqin bir qrup müəllim adından Təhsil Nazirliyinə müraciətini təqdim edirik:

“Müəllimlərin yerdeyişmə prosesi,  bildiyimiz kimi,  DQ(diaqnostik qiymətləndirmə) balı ilə reallaşır. Yəni, DQ balı ilə vakant yer  seçilir və sosial səbəb  göstərilir, beləcə, uyğun olarsa, Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

Lakin biz bir şeydən narazıyıq: Yerdəyişmə zamanı müəllimlərin seçə biləcəyi çox az sayda vakant yer təqdim olunur.  Müəllimlər də uyğun yer tapa bilmədikləri üçün,  əksər hallarda  müsabiqədə iştirak etmirlər. MİQ imtahanları zamanı isə yerdəyişmə ilə müqayisədə 3 dəfə çox vakant yer  çıxarılır.

İstəyimiz odur ki, müəllimlərə  DQ balı ilə MİQ-də birbaşa vakant yer seçmək hüququ verilsin. Onsuz da MIQ-de iştirak edən müəllimlərə 1-ci turda qəbul olmadıqda və ya qəbul olub imtina etdikdə, 2-ci turda da iştirak etmək hüququ verilir. Lap onda da alınmazsa, 3-cü turda müqavilə ilə yer seçmək hüququ verilir. Üstəlik, MİQ balı iki il qüvvədə saxlanılır ve bu nəticə ilə 2 il imtahana girmədən birbaşa vakansiya seçimi etməyə şərait yaradılır. DQ balını isə yalnız yerdəyişmədə istifadə etmek mümkündür.  Nə ikinci tur olur, nə də üçüncü…

Təhsil Nazirliyindən xahiş edirik ki, DQ balı ilə də MİQ-in vakansiya seçimində iştirak etmək şansı yaradılsın.

Onsuz da MİQ imtahanları vaxtı bütün mərhələlərdə minlərlə boş yer qalır. İmtina edənlər də bir tərəfdən… Nəticə etibarilə, məktəblərdə olan dərs saatlarını məcburən DQ-də az bal toplamış məktəb müəlliminə verirlər. Bu hal hər il təkrarlanır. Heç kim 5-10 saat üçün ucqar məktəbdə müqavilə ilə işləməz. Ona görə də, DQ balı olanlara da şərait yaradılsın. Belke kimse kendin sakinidir deyə o 5-10 saatlıq yerə DQ balı ilə MİQ-də vakansiya seçimi etsin və öz yaşayış yerinə işə qəbul olsun”.