Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 11:36:28
Hüquq və İnsan Haqları İnstitutu ödənişsiz hüquqi məsləhətlərə başlayıb  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun həyata keçirdiyi “Hüquqi yardım xidmətlərinin göstərilməsi” layihəsi çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlər verməyə başlayıb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, xidmətlərdən həftənin beş iş günü saat 10:00-dan 17:00-dək faydalanmaq mümkündür. Müraciət üçün (+994 12) 539-58-06 telefon nömrəsinə zəng etmək və ya Bakı şəhəri, H.Cavid prospekti, 115 ünvanına yaxınlaşmaq lazımdır. Hüquqi məsləhət almaq istəyənlər şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməlidirlər.