Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 17:57:00
  Biri yaxşıdır deyir, o biri baş ağrısı söyləyir - Təhsili kor qoyan, yoxsa dahi sistem

Kurikulum və Boloniya sistemləri yenidən gündəmə gəlib. Cəmiyyətlə bərabər ekspertlər də iki yerə bölünüblər, hərə öz mövqeyini müdafiə edir.

AzEdu.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə təhsildə müəyyən dövrlərdə edilmiş islahatlar, kurikulum və Boloniya sistemlərinin özünü doğrultmaması ilə bağlı müzakirələr aparılır. Hətta iş o yerə çatıb ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov həmçinin təhsil qiymətləndirməsinin növlərinin mənasızlığını da vurğulayıb.


"Kimə və nəyə lazım idi bu diaqnostikalar, formativlər, summativlər - onların kiçikləri, böyükləri... İndi qalmışıq, bu kağız israfçılığını necə aradan qaldıraq, qaydalarda hansı dəyişikliklər edək ki, müəllimi də, şagirdi də bu ağır yükdən azad edək... Hanı kurikulumun şəxsiyyətyönümlü vətəndaşı, onun ölçüyə gələ biləcək qiymətləndirmə kriteriyaları...? Ona görə də təhsilimiz yenə də bilikyönümlü olaraq qalır. Bal toplamaq arxasınca qaçmaqda davam edirik" – deyə N. İsrafilov öz səhifəsində qeyd edib.

Xatırladaq ki, kurikulum proqramı 2008-ci ildən məktəblərimizdə tətbiq olunmağa başlayıb və birmənalı qarşılanmayıb.

Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda təhsil islahatları 1995-1999-cu illərdən sonra başlayıb. Bu islahatlar zamanı dövlətin siyasəti olub, dövlət qərarlar qəbul edib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil islahatları davam edir: "Dövlət qərarlar qəbul edir ki, islahatlar keçirilsin. Artıq idraki təhsil yaranıb. Biz düşüncə məktəbinə keçirik. Çalışmaq lazımdır ki, sadəcə deklarativ faktları əzbərləməklə yox, düşünə-düşünə, dərrakə ilə problemləri həll edə bilək".

Ekspert əlavə edib ki, kurikulum dünyada yayılmış bir anlayış, təhsil proqramıdır. Kurikulumun mahiyyəti odur ki, uşaqlar düşüncə mədəniyyətini öyrənsin.

"Uşaqlar yaradıcı və kreativ olmalıdır. Uşaqlar bu tendensiya ilə böyüməlidir. Ötən il kurikuluma keçid başa çatdı. Təcrübələr onu göstərir ki, uşaqları düşüncə təhsilinə yönləndirən bu proqram uşaqları əvvəlki dövrlərlə müqayisədə fəallaşdırıb. Bu addımları atmasaq, dünyadan geri qalarıq. Biz zamanın yenilikləri ilə ayaqlaşmalı, dünya ilə birləşməliyik. Bizim təhsil sistemimiz dünyanın təhsil sistemi kimi olmalıdır. Təbii ki, nöqsanlarımız da olacaq. Bizim elə ucqar kəndlərimiz var ki, problemlər mövcuddur. Müəllimlərimiz var ki, bu innovasiyaları mənimsəməkdə çətinlik çəkirlər. Bu təbii bir prosesdir. Biz innovasiyaları öyrənməli, yenilənməliyik. Bu gün bizim uşaqlarımız düşüncə qabiliyyətinə görə bizdən çox irəlidir. Azərbaycan təhsil sistemi gələcəyə hesablanıb. Uşaqlar da maraqlı dərs tələb edirlər" – deyə Ə.Abassov vurğulayıb.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə kurikulumun XX əsrin əvvəlində Amerikada yaşamış praqmatizm fəlsəfəsini banisi, filosof və pedaqoq Con Düvey tərəfindən yaradıldığını bildirib: "Diqqətlə araşdırsaq görərik ki, bu nəzəriyyə uzun illərdir humanizm cərəyanının bir nəticəsi olaraq, təlim və tədris prosesində şagirdin, tələbənin prosesin mərkəzinə alınmasını təlim edən bir nəzəriyyədir. Kurikulum Con Düveydən əvvəl Jan Jak Russo, Con Lok kimi nəzəriyyəçilərin irəli sürüdüyü bir nəzəriyyənin davamı olduğundan dünyada müsbət qarşılandı və tətbiq olunmağa başladı. Bu cərəyanlar ölkəmizə SSRİ dövründən sonra gəldiyi üçün biz çox gec, bəlkə də yarım əsr sonra öyrənmiş olduq ki, şagird təlim prosesinin obyekti deyil, subyektidir. O, prosesin iştirakçısıdır və onun mərkəzə alınması lazımdır".

Binadan asılan şüar, yaxud Azərbaycanda pulsuz təhsil mümkündürmü?

Qoşqar Məhərrəmov vurğulayır ki, kurikulum Azərbaycana gəldikdən sonra müəllimlər təlimlərdə C.Düveyin banisi olduğu konstruktivist təlim yanaşması öyrəndilər: "Eyni zamanda müntəzəm təlimlərə gedərək özlərini yetişdirmə vərdişini qazandılar. Bizim ölkəmiz bu kurikulum təlimlərində onlarla təlimçi qazanmış oldu.

 Ancaq kurikulumu müəllimlərə tam mənası ilə izah edib və uyğun şəraitdə təmin edə bilmədiyimiz üçün bəzi müəllimlər burada səhv yanaşmalar sərgilədilər. Belə ki, kurikulumu ya yarımçıq tətbiq etdilər, ya da heç tətbiq etmədilər. Yarımçıq tətbiq edənlər təlim-tədris prosesinə zərər vermiş oldu".

 

Onun sözlərinə görə, işin yarımçıq olması da ağır fəsadlar verdi. Belə ki, kurikulumun yanlış və əskik tətbiq olunması müəyyən maddi vəsaitin hədər olması və eyni zamanda, klassik müəllim ənənəsinin itməsinə başa gəldi.

Bu, eyni  zamanda müsbət təsirləri olan SSRİ yanaşmasının da itməsi ilə nəticələndi.

"Kurikulumu yanlış anladıqları üçün kurikuluma inteqrasiya edilməsində, yeni dərsliklərin yazılmasında müəyyən problemlər yarandı. Halbuki bunların heç birində problem kurikulumda deyil. Kurikulum bir nəzəriyyədir. Bunu unutmamaq lazımdır. Bu nəzəriyyə heç vaxt yaxşı praktika olunmadan qınana bilməz" – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Boloniya sistemi də, kurikulum da müasir bir yanaşmadır və yavaş-yavaş bu nəzəriyyələr tətbiq edilməli idi.

"İnsanın mərkəzdə olmasına doğru bir keçid olmalı idi. Çünki bu humanist cərəyanların tələbidir. Humanist yanaşmanı təhsildə, siyasətdə, iqtisadiyyatda, təhsilin nəticəsində görməli idik. Kurikulum da, Boloniya da beynəlxalqlaşmanın nəticəsidir. Dünyada isə beynəlxalqlaşma , qloballaşma artıq geri dönülməz bir yol olaraq qarşımızda dayanır" – deyə ekpert vurğulayıb.