Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 16:28:27
Laçınsızlıqdan sönənlər  – Rayonun  tanınmış  ziyalıları  

Bu gün Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür.  Laçın, 1992-ci il may ayının 17-dən 18-nə keçən gecə işğal olunub. 

Həmin gün Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib.

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb.

Laçın şəhəri məşhur ədiblərin, şairlərin, elm xadimlərinin vətənidir.

Laçının elm adamları:

Tofiq Surxay oğlu Şahsuvarov — Geologiya və Minerologiya elmlər doktoru, professor;


Vüqar Novruzov -
hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri.


Ziyadxan İsrafil oğlu Nəbibəyli — professor, elmlər doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvi;


Zöhrab Qarayev
- Azərbaycan Dövlət Tibb Universitetinin professor
Məhəmməd Fərman oğlu Mehdiyev — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi;


Şirindil Alışanlı
- filologiya elmlər doktoru, professor;


Şikar Qasımov - tarix elmləri doktoru, professor;


Şahbaz Muradov - Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi(2001), professor;


Xosrov bəy Sultanov - Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim;


Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov -Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədri; 

Laçından olan ədib və maarifçilər:

Sarı Aşıq  - XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı;

Aşıq Abbas - Aşıq, hikmətli söz ustası;

Ağa Laçınlı - şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü;

Hüseyn Kürdoğlu - şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü;

İlham Qəhrəman - Tanınmış şair-publisist;

Fəxri Uğurlu – yazıçı;

Azər Qaraçənli – jurnalist;

İlkin Nadirov - Jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü;

Nazim Əhmədli - Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru, şair;


Laçından olan Cümhuriyyət tələbələri:

Surxay bəy Şahsuvarov - Frayberq Dağ Mədən Akadеmiyasının tələbəsi, mühəndis.
Mürsəl bəy Şahsuvarov - həkim, professor.