Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-22 11:52:00
İspaniyada oxumaq istəyənlərə müjdə - Çox sərfəli proqram

İspaniyada yay təcrübəsi keçmək istəyənlər “CRG Summer Internship in Spain 2020” proqramından yararlana bilərlər.

AzEdu.az xəbər verir ki, “CRG Summer Internship in Spain 2020” proqramına magistr  səviyyəsində təhsil alan və bitirən tələbələr müraciət edə bilər. “CRG Summer Internship in Spain 2020” proqramı vasitəsilə  tələbələr İspaniyada 2 aylıq yay təcrübəsi keçə bilərlər.

Təqaüd proqramı aşağıdakı xərcləri qarşılayır:

Təqaüd aylıq  400 avro;

2 ay ərzində yemək xərcləri (nahar / iş günü).

Təqaüd proqramına son müraciət tarixi  9 mart 2020-ci ildir.

Qeyd edək ki, “CRG Summer Internship in Spain 2020” proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər bu linkə daxil ola bilərlər.

https://opportunitiescorners.info/crg-summer-internship-in-spain/?fbclid=IwAR0pJCdRwX3DjH6rwXe10gnDeHBObpj14I3nkX-HZbGpxPppQ4oQvf6kHhM

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları