Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 16:29:00
İlk peşə-ixtisas təhsili müəssisələri və buraxılış imtahanlarının qrafiki açıqlanıb-DİM

Dövlət İmtahan Mərkəzi ilk peşə-ixtisas təhsili müəssisələri və buraxılış imtahanlarının qrafikini açıqlayıb.

AzEdu.az xəbər verir ki, ilk-peşə-ixtisas təhsili müəssisələri üzrə 16 fevral, peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı isə 17 fevral tarixlərində keçiriləcək.

Ümumi(9) illik orta təhsil bazasında (birinci mərhələ) I, II, III istiqamət üzrə müvafiq olaraq 1, 9, 15 mart tarixlərində imtahan keçiriləcək.

Qeyd edək ki, bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilir. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə, hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır və şagirdlər yalnız bu qapalı tapşırıqların bir hissəsinə cavab verməklə də müsabiqə şərtlərini ödəyərək orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilərlər.