Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-25 12:42:00
Bu rayon məzunlarının çoxu UNEC-i seçib

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Ağstafa rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 739 şagird bitirib, onların 736 nəfəri buraxılış imtahanında iştirak edib və 439 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb

 Rayon məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 16.48, riyaziyyat fənnindən 16.38, xarici dil (kimya) fənnindən 13.50, hər üç fənn üzrə birlikdə 46.36-ya bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 5.22%, 2.86%, 8.40%, 5.36% aşağıdır. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 20.11%-i “2”, 32.74%-i “3”, 26.90%-i “4”, 20.24%-i “5”, riyaziyyat fənni üzrə 26.49%-i “2”, 21.33%-i “3”, 27.17%-i “4”, 25.00%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 27.72%-i “2”, 35.60%-i “3”, 21.33%-i “4”, 15.35%-i “5” qiyməti alıb. Ümumilikdə, 739 nəfər attestat alıb.

Attestat alanların 59.13%-i (437 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 55.75%-i (412 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib. Ümumilikdə, attestat alanların 69.01%-i (510 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 256 məzunu (imtahanlarda iştirak edənlərin 50.20%-i) tələbə adını qazanıb. Onların 46.09%-i (118 nəfəri) dövlət, 0.39%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 52.34%-i (134 nəfəri) dövlət, 1.17%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplarda riyaziyyat, kimya və ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Fərq riyaziyyatdan - 4.62%, kimyadan - 6.19%, ingilis dilindən- 3.99% təşkil edir. Ana dili, ədəbiyyat, fizika, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır.

Rayon məzunlarının 59 nəfəri 500-dən, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

Beləliklə, rayon abituriyentlərinin yalnız 42.33%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 2.02%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 40.40%-dir.

Qəbul imtahanlarında 34 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən N.Mustafayev adına Qarayazı qəsəbə tam orta məktəbinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. F.Nağıyev adına Tatlı kənd tam orta məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır.

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Texniki-humanitar təmayüllü liseyi, H.Əzizov adına Vurğun qəsəbə və Dağkəsəmən kənd 2 saylı tam orta məktəbləri daxil olub.

Ayşə MÜSEYİB