Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 11:39:00
Bu universitetlərin tələbələrə görə heç bir nüfuzu yoxdur -Statistik təhlil

Məlum olduğu kimi həm bakalavr, həm də magistratura pilləsində təhsilalanların əksəriyyəti dövlət ali təhsil müəsissələrinə üstünlük verirlər.

AzEdu.az xəbər verir ki,  “Abituriyent-2018” jurnalında verilən statsitik təhlilə görə  dövlət ali təhsil müəssisələri arasında dövlət sifarişi ilə tələbə qəbulunda ən zəif nəticə Azərbaycan Dövlət Dəniz Akademiyası, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu və Azərbaycan Texnologiya Universitetinə məxsusdur.

 Magistratura üzrə qəbulda iştirak etmiş özəl ali təhsil müəssisələri də Azərbaycan Kooperasiya Universiteti, “Azərbaycan” Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti və “Naxçıvan” Universiteti (Naxçıvan şəhəri) dövlət sifarişi üzrə tələbə qəbuluna qatılıb. Dövlət sifarişi ilə tələbə qəbulu müsabiqəsində iştirak etmiş özəl ali təhsil müəssisələrinin hamısı birlikdə, faktiki olaraq, müxtəlif ixtisaslaşmalar üzrə dövlət büdcəsinin vəsaiti hesabına 774 nəfər tələbə qəbul etmək imkanına malik olub. Bu yerlərin hamısı digər ali təhsil müəssisələrinin də iddialı olduqları birgə müsabiqə aparılan yerlər idi. Qəbul imtahanında yüksək nəticə göstərən 49 nəfər bakalavr müsabiqə nəticəsində öz istəkləri ilə müxtəlif özəl ali təhsil müəssisələrinə qəbul olub. Bu gənclərin 25 nəfəri (51.02%) təhsilini Xəzər Universitetində və 15 (30.61%) nəfəri isə Qərbi Kaspi Universitetində davam etdirmək istədiyini bildirib.  

Qeyd edək ki,  bu müsabiqə Azərbaycan Kooperasiya Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti və “Naxçıvan” Universitetinin (Naxçıvan şəhəri) yüksəkhazırlıqlı bakalavrlar arasında heç bir nüfuza malik olmadıqlarını göstərib.  Dövlət sifarişi ilə təhsil almaq hüququ qazanan heç bir bakalavr bu təhsil müəssisələrində təhsil almaq istəməyib.

Ayşə MÜSEYİB