Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 09:12:00
“Dinşünas və ya islamşünas  tədrislə məşğul olmamalıdır” –Komitənin sədr müavini

Əgər dinin hər hansısa bir məkanda  tədrisindən söhbət gedirsə, bunu pedaqoq etməlidir”.

AzEdu.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Kommitəsinin sədr müavini Gündüz İsmayılov İctimai Televiziyada yayımlanan “Pressinq” verlişində deyib.

O, İlahiyyat İnstitutunun həyata keçirdiyi əsas prioritetlər haqqında məlumat verib.

“İlahiyyat İnstitutunun qarşısında  bir sıra vəzifələr dayanır. Əsas məqsəd 3 istiqamət üzrə mümkün kadrlar hazırlamaqdır. Onlar  islamşünas, dinşünas və pedaqoq olaraq yetişəcəklər.

Əgər dinin hər hansısa bir məkanda  tədrisindən söhbət gedirsə, bunu pedaqoq etməlidir. Bunu dinşünas və ya islamşünas etməməlidir. Mənə elə gəlir ki, biz hələ  başlanğıc nöqtəsindəyik. Bu məsələ ilə bağlı Dini Qrumlarla İş Üzrə Dövlət Kommitəsi  Qafqaz Müsəlmanları İdarəsi arasında  anlaşma mühiti var. Bu cür yüksək münasibətlər bizə imkan verir ki, istənilən din sahəsində  məsələni rahat şəkildsə həll edək”.    

Şükufə Süleymanlı
Müəllifin digər yazıları