XƏBƏRLƏR

20.08.2019 09:00
3000-ə yaxın abituriyent kolleclərə qəbul oluna bilməyəcək - PROQNOZ

"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illikdən kolleclərə qəbul üzrə ixtisas seçim təsdiqinin başa çatmasına 38 dəqiqə vaxt qalıb.

Saat 09:16-a qədər olan statistik məlumatlara əsasən, I ixtisas qrupu üzrə 101, II ixtisas qrupu üzrə 1327,  III ixtisas qrupu üzrə 21, IV ixtisas qrupu üzrə 19, V ixtisas qrupu üzrə 25 nəfər ərizəsini təsdiq edib"

Bu barədə təhsil üzrə mütəxəssis Elçin Əfəndi AzEdu.az-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə, orta ixtisas, 11-illik təhsil bazasından 15.049 nəfər ixtisas seçimi edib:

"I ixtisas qrupu üzrə 2459, II ixtisas qrupuu üzrə 2542, III ixtisas qrupu üzrə 142, IV ixtisas qrupu üzrə 354, V ixtisas qrupu üzrə isə 288 yer boş qalıb.

Bundan əlavə orta ixtisas (11-illik təhsil bazasından) kolleclərə qəbul üzrə 12.362 plan yeri ayrılıb.

Ümumi olaraq belə nəticə çıxarmaq olar ki, I ixtisas qrupu üzrə təxminən 2300, II ixtisas qrupu üzrə 1200, III ixtisas qrupu üzrə 110, IV ixtisas qrupu üzrə 320, V ixtisas qrupu üzrə 250 yer boş qalacaq.

Orta ixtisas, 11-illik təhsil bazasından kolleclərə qəbul üzrə isə təxminən 3000-ə yaxın abituriyent müsabiqədən kənarda qalacaq, yəni qəbul oluna bilməyəcək.

Ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər üzülməsin. Boş qalan plan yerləri üzrə bu ildən etibarən hazırlıq qrupları fəaliyyətə başlayacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən bir ay ərzində dolğun məlumat veriləcək".

Xatırladaq ki, boş qalan yerlərə ixtisas seçimi bu gün saat 10:00-da başa çatacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu