Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-16 11:44:00
300-dən çox abituriyent elektron ərizəsini təsdiq edib

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta  təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 15-dən etibarən aparılır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, avqustun 16-sı saat 11:30-ə qədər olan göstəricilərə əsasən, I ixtisas qrupu üzrə ümumilikdə 31, II qrup üzrə 281,III qrup üzrə 9, IV qrup üzrə 6, V qrup üzrə 6 nəfər ərizəsini təsdiqləyib.

11 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmaq üçün ümumilikdə 5295 nəfər ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları