Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-02 14:35:00
Rusiyada neft yataqlarının rəqəmsal modelini hazırlayan superkompüter yaradılıb

Rusiyanın Sibir və Arktika bölgələrində neft yataqlarının rəqəmsal modelini hazırlayan superkompüter yaradılıb. AZƏRTAC TASS informasiya agentiyinə istinadla xəbər verir ki, “Qazprom neft” törəmə şirkətinin təqdim etdiyi bu texnologiya saniyədə 100 Gbit informasiyanı işləyə biləcək.

Sankt-Peterburqda alimlərin hazırladıqları bu hesablama klasteri neft yataqlarının rəqəmsal surətlərini çıxaracaq. Onun müəlliflərinin sözlərinə görə, neft yataqlarının yeni rəqəmsal modelləri mütəxəssislərə daha əsaslandırılmış sərmayə qərarları qəbul etməyə, aktivlərin gələcək infrastrukturunu və karbohidrogen ehtiyatlarının hasilatını planlaşdırmağa kömək edəcək. Superkompüter fiziki, mühəndislik və iqtisadi parametrlər üzrə 3-D formatında variantların təhlilini aparacaq.

Qeyd olunur ki, “Qazprom neft” şirkəti Rusiyanın neft-qaz sektorunda texnoloji liderliyi qoruyub saxlamaq üçün biznes layihələri optimallaşdıran unikal proqramlar hazırlayır. (AZƏRTAC)