XƏBƏRLƏR

24.07.2019 09:23
Bugündən ali məktəblərə ixtisas seçiminə başlanır

Bugündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminə start veriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Abituriyentlər I-V qruplar üzrə ixtisas seçimi edə biləcəklər.

Bugündən eyni zamanda orta ixtisas təhsili müəssisələrinə 9 illik orta təhsil bazasında tələbə qəbulu üzrə ixtisas seçiminə də başlanacaq.

Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı açıqlama verərək abituriyent və valideynləri diqqətli olmağa çağırıb.

Mərkəz tərəfindən abituriyentlərin ixtisas seçimini reklam və kommersiya məqsədilə edən şəxslərə inanmamaları tövsiyə edilib.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

Bundan əlavə, Abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Xatırladaq ki, I-V ixtisas qrupları üzər ixtisas seçimi 6 avqusta, 9 illik bazadan kolleclərə ixtisas seçimi 5 avqusta qədər davam edəcək.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu