XƏBƏRLƏR

15.07.2019 13:28
İxtisaslar üzrə keçid balları həqiqətən, aşağı düşəcək?- Suala rəsmi cavab

Bir neçə gündən sonra ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminə start veriləcək.

Redaksiyamıza gün ərzində “bu qədər balla hansı ixtisasa düşə bilərəm?”, “ixtisaslar üzrə keçid balları düşəcəkmi?” tipli suallar tez-tez daxil olur.

Bu cür suallarla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, keçid balı ixtisas seçimi nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir.

Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. Bu barədə müsabiqədən əvvəl proqnoz vermək mümkün deyil.

Yəni, öncədən kimin hansı balla hansı ixtisasa qəbul olunacağını, hansı ixtisaslar üzrə keçid ballarının enib-qalxacağını öncədən sadəcə, təxmin etmək mümkündür.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu