Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-17 09:48:00
Çində yaşı yüz ilə yaxın olan dinozavr izləri tapılıb

ABŞ-Çin birgə tədqiqat qrupu, Çinin Tsyansu vilayətində daşlanmış dörd dinozavr izlərini tapdığını açıqlayıb.

AzEdu.az-ın məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Qrupun dediyinə görə, izlər Sinyi şəhərində dağda tapılıb.

Hal-hazırda tədqiqatçılar nadir tapıntıları qorumaq üçün yerli hakimiyyət orqanları ilə birlikdə çalışırlar.

Tədqiqat Çin və Amerika paleontoloqları tərəfindən aparılıb. Araşdırmaların nəticələri "Geological Bulletin of China" jurnalında dərc edilib. (trend.az)