Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 16:15:00
Şair Murad Köhnəqala həbs edildi    

Şair Murad Köhnəqala həbs edilib.

AzEdu.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk sosial şəbəkədə məlumat yayıb:

"Tovuz Rayon Məhkəməsi Murad Köhnəqalanı həbs etdi. İşsiz, gücsüz, himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Yaşları 20-dən yuxarı əqli və fiziki qabiliyyətləri olan 3 adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbləri ilə məhkəmə bu cür ədalətsizliyə, vicdansızlığa qərar verdi. 

Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz".